Böyük partlayış — Kainatın yaranması prosesi haqqında nəzəriyyəsidir. Nəzəriyyənin əsası Q.A.Qamov tərəfindən
qoyulmuşdur. Günümüzdə astrofizikada özünü nəzəri cəhətdən isbat etmiş
nəzəriyyələrdən biridir. Onu da qeyd edək ki, Böyük Partlayış bir faktdır ve elmdə şübhə yaratmır.
1946-1948-ci illərdə Q.A.Qamov kainatın mənşəyi və təkamülünün nəzəri modeli olaraq "Qaynar kainat"
adlanan model ortaya qoymuşdur. Bu modelə əsasən kainat Böyük Partlayış nəticəsində formalaşmış və proses fiziki vakuum şəraitində baş vermişdir. Son
nəzəri hesablamalar göstərir ki, kainatın yaşı təqribən 13,7 milyard il,
ilk sıxlığı ≈1096q/sm3, ölçüsü isə 10-15sm
olmuşdur. Belə ekstremal fiziki şəraitdə Fundamental qarşılıqlı təsir qüvvələri
(qravitasiya,zəif qarşılıqlı təsir qüvvəsi, güclü qarşılıqlı təsir qüvvəsi,
elektromaqnit qarşılıqlı təsir qüvvəsi Super qüvvədə birləşmiş şəkildə olur. Superqüvvə supersimmetriya ideyasına söykənir.
Standart nəzəriyyəyə görə kainatımız təxminən 13,7 milyard il əvvəl
“sinqularlıq” olaraq meydana gəlmişdir. “Sinqularlığın” nə olduğu və necə
meydana gəlməsi dəqiq məlum deyil. Sinqularlıq bizim bu gün fizika haqqında biliklərimizi təkzib edən məfhumdur. Belə
hesab edilir ki, o “qara dəliyin” mərkəzində yerləşir. Qara dəlik güclü
qravitasiya təzyiqinə malik məkandır. Həmin təzyiq o qədər güclüdür ki, məhdud materiya sonsuz sıxlığın
(beyini qarışdıran riyazi anlayış) içinə çəkilir. Bu sonsuz sıxlıq zonaları
“sinqularlıq” adlanır. Belə hesab edilir ki, kainatımız ölçüyə gəlməyəcək dərəcədə kiçik, hədsiz
dərəcədə isti və sıx məfhum – sinqularlıq olaraq meydana gəlmişdir. Onun necə
və hansı səbəbə meydana gəlməsi məlum deyil. İlkin görünüşündən sonra o, şişmiş,
genişlənmiş, soyumuş və çox kiçik ölçü və çox isti tempraturdan kainatımızın
bugünki formasına gəlib çatmışdır. O, bu gün də genişlənməyə və soyumağa davam
edir və biz onun daxilindəyik.
"Qaynar Kainat"
modelinə əsasən kainatın təkamülünün xarakterik mərhələləri bunlardır:
İlk mərhələ
Temperaturun maksimum (≈1032K) və zamanın ən kiçik anı (10-43san) olan
mərhələsidir. Bu Böyük partlayış anıdır. Çox kiçik zaman intervalında (10-43-10-35san
intervalı) materiya şüalanma
və ifrat qaynar plazma (kvark-qlüon
plazması) şəklində meydana gəlir. Qravitasiya qarşılıqlı təsir qüvvəsi superqüvvədən ayrılır.
İkinci
mərhələ
Temperaturun 1028÷1012 K qədər azaldığı (başlanğıc andan 10-35÷10-4 san müddətində) mərhələdir. Kainatın sonrakı
genişlənmə və soyuması nəticəsində kvarklar birləşərək neytron və protonları əmələ gətirir. Şüalanma zərrəciklərinin qarşılıqlı
təsirindən isə elektron, pozitron və mezonlar yaranır.
Üçüncü mərhələ
Kainatın temperaturunun 109K olduğu
mərhələdir (Böyük partlayışdan 300
saniyə sonra).Bu mərhələdə güclü qarşılıqlı təsir qüvvəsi superqüvvədən ayrılaraq proton və neytronlardan ibarət əlaqəli fiziki sistemlərin ilk nüvələri - hidrogen və helium
nüvələrini yaradır. Maddənin belə halı plazma şəklində bir milyon il mövcud olur.
Dördüncü mərhələ
Kainat temperaturunun 4000K-ə qədər soyuduğu
mərhələdir. Bu mərhələdə əvvəlcə zəif qarşılıqlı təsir qüvvəsi, sonra isə
elektromaqnit qarşılıqlı təsir qüvvəsi bir-birindən ayrılır. Elektromaqnit
qarşılıqlı təsir qüvvələri elektronun nüvə ilə
əlaqəli sistemlərini - yüngül hidrogen
və helium atomlarını yaradır.
Sonrakı mərhələlər
Sonrakı mərhələlərdə kainatın təkamülü maddə qatılaşması, şüalanma enerjisinin ayrılması və qalaktikalar, kvazarlar kimi
irimiqyaslı sistemlərin yaranması ilə davam etmişdir.
Böyük partlayış
nəzəriyyəsini dəstəkləyən əsas sübutlar
·
İlk öncə, biz əmin ki, kainatın başlanğıcı
olmuşdur.
·
İkincisi, qalaktikalar ölçülərinə uyğun sürətlə
bizdən uzaqlaşırlar. Bu Habbl qanunu adlanır, qanun 1929-cu ildə bu fenomeni kəşf edən Edvin Habblın (1889-1953) şərəfinə belə
adlandırılıb. Həmin qanun kainatın genişlənməsi nəzəriyyəsini dəstəkləyir
və kainatın bir zamanlar sıxılmış olması fikrini irəli sürür.
·
Üçüncüsü, əgər kainat
başlanğıcda böyük partlayış nəzəriyyəsində bildirildiyi kimi çox isti olubsa,
biz bu istiliyin qalıqlarını aşkarlamalıyıq. 1965-ci ildə radioastronomlar,
Arno Penzias və Robert Uilson kainata nüfuz edən 2,725 dərəcə kelvin (-454.765 dərəcə faranheyt, -270.425 dərəcə selsi) kosmik mikrodalga fon radiasiyası kəşf etdilər. Güman edilir ki, bu, aliml ərin axtardığı istiliyin
qalığıdır. Penzias və Uilson kəşflərinə görə 1978-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
·
Nəhayət, kainatda işıq
elementləri - hidrogen və heliumun bol miqdarda mövcud olması Böyük partlayışın
başlanğıc modelini dəstəkləyir.
Digər filosof və alimlərin fikirləri
Filosof Entoni Flu Böyük partlayış nəzəriyyəsi ilə bağlı belə
deyir: "Elm dini mənbələrin kainatın bir başlanğıcının olması müddəasını
təsdiq etdi.".
Məşhur ingilis
riyaziyyatçı və astronomu, “Big Bang” termininin müəllifi, lakin Big Bang
nəzəriyyəsinə uzun illər qarşı çıxmış prof. Ser Fred Hoyle (Sir Fred Hoyle)
heyrətini belə ifadə edir:
“Big Bang nəzəriyyəsi
kainatın bir böyük partlayışla əmələ gəldiyini qəbul edir. Ancaq bildiyimiz
kimi, partlayışlar maddəni parçalayır və nizamsız hala salır. Halbuki, Biq Bənq
sirli şəkildə bunun tam əksinə təsir meydana gətirib: maddəni bir-biri ilə
birləşdirmiş və qalaktikaları əmələ gətirmişdir”
Fred Hoyl: "Geriyə keçmişə doğru getsək, elə
bir nöqtəyə çatarıq ki, kiçilə kiçilə Kainatdan heç bir şey qalmaz."
Bəzi elm adamları, astroloji və kosmologiya məlumatlarının hər hansı fəlsəfə və
ya ilahiyyat ilə
üst-üstə düşməyəcəyini ifadə etmişdirlər. Buna qarşı bəzi astrofiziklər mövzunun tanrının varlığı ilə əlaqələndirilə
biləcəyini müdafiə etmişdirlər. Məsələn amerikalı astrofizik Hyu Ross mövzuyla
bağlı bu cür şərh bildirmişdir:
"Zaman
səbəb-nəticə hadisələrinin meydana gəldiyi ölçüdür. Zaman yoxdursa səbəb və
nəticə də yoxdur. Əgər zaman və maddə
partlayışla birlikdə ortaya çıxmışdırsa, onda kainatı meydana gətirən səbəb
kainatdakı zaman və məkandan kənarda, tamamilə müstəqil olmalıdır. Bu, bizə
Yaradıcının kainatdakı bütün ölçülərin fövqündə durduğunu göstərir. Eyni
zamanda Yaradanın bəzilərinin dediyi kimi, nə kainatın özü, nə də onun içindəki
bir güc olmadığına dəlalət edir."
ABŞ alimi Uilyam Leyn
Kreyq isə belə izah verir:
Həqiqətdə "heç nədən yalnız heç nə alınır"
qaydasına uyğun olaraq Böyük partlayışın hansısa bir fövqəltəbii səbəbi
olmalıdır. Əgər nəzərə alsaq ki, partlayışdan əvvəl mövcud olmuş vəhdət bütün məkan
və zaman münasibətlərinin sərhədi olmuşdur, onda böyük partlayışın hər hansı
bir fiziki səbəbinin olması mümkün deyil. Böyük partlayışın səbəbi fiziki məkan
və zamanın hüdudlarından kənarda idi. O, kainatdan əsla asılı deyildi və şüurun
dərk etməkdə aciz qaldığı bir gücə malik idi. Bundan əlavə, bu səbəb şüura və şəxsi azad iradəyə malik olan
mahiyyət olmalıdır. Deməli, kainatın yaradılışının əsl səbəbi kainatı nə vaxtsa
öz şəxsi iradəsi ilə xəlq edən yaradandır."
O, göyləri və yeri
(yoxdan) var edəndir.
Ənam 101 (6:101)
İstinadlar:
1. Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salle IL: Open Court Publishing, 1992, s. 241
2. Fred Hoyle, The Intelligent Universe, London, 1984, s. 184-185.
3. Fred Hoyle, From Stonehenge to Modern Cosmology (San Francisco:
W.H. Freeman, 1972), p. 36.
4. Hugh Ross, The Creator and the Cosmos, How Greatest Scientific Discoveries
of the Century Reveal God, Colorado: NavPress, revised edition, 1995, s. 76
5. William Lane Craig, Cosmos and Creator, Origins & Design, Bahar 1996,
cilt 17, s. 18

Hiç yorum yok:
Yorum Gönder