Cihad ərəbcə “mücadələ” kökündən gəlir və əsasən “İslam uğruna savaşmaq” mənasında istifadə olunur. Bəs Cihad nədir,məqsədi nədir? Quranda Furqan surəsi 52-də (25:52) buyurulur:
(Belə olduqda) sən
kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et!
Bu ayə nübüvvətin 5-ci
ilində nazil olmuşdur. Məlumdur
ki ilk döyüş olan Bədr miladi 614-cü ildə,nübüvvətin 14-cü ilində gerçəkləşib və
bu savaşlarda istifadə olunan kəlima "Cihad" deyil,
"Kital"dır.
Bəs Bədrdən öncə nazil olan 25:52-də bəhs edilən "böyük cihad" nə mənasını verir? Cihad nə ilə mübarizə anlamına gəlir? Bunun üçün İslam tarixinə nəzər etirmək lazımdır. Rəsulallah təbliğ etmək haqqında ayə nazil olduqdan sonra insanları Allah yoluna dəvət etmiş,o zamankı adət-ənənələrə,ticarət qanunlarına və bunun kimi bir çox qanunlara qarşı çıxaraq Allahın hökmü ilə hökm etməyi buyurmuş və İslamı təbliğ etmişdir. Bunun uğrunda çoxlu əziyyətlər təhqirlərə məruz qalmış,şəhidlər verilmişdir. Bu qədər əziyyət,işgəncə təhqirlərə rəğmən Rəsulallahın tərəfdarları-haqq yolla gedənlər öz işlərindən qalmadan təbliğatlarına davam etmiş,zəfərlər qazanmışlar. Böyük Cihad heç şübhəsiz ürəklərin fəthidir. Ən böyük fəth qılıncla deyil,sözlə gerçəkləşəndir. Rəsulallah Mədinəyə qılıncla getmədi sözlə getdi. Sözlərinə görə dəvət olundu,qılınca görə yox. Orada yaşayanları islama zorlamadı,istənildiyi üçün getdi. Çünki dində zorlama yoxdur. Bəqərə surəsi 256-da(2:256) deyilir:
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.

Burdan da anlaşılır
ki,İslam zorakılıq dini deyildir və Cihadla Kital arasında fərq böyükdür. Eyni
surənin 190-cı ayəsində deyilir:
Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın!
Həqiqətən,
Allah həddi aşanları sevmir.
Cihadın iki qanadı var- biri təbliğ digəri isə hərəkətdir. Təbliğ ideologiya və
inanclarla mübarizə aparır. Hərəkət isə Allahın dini üçün zorakılıq etmədən
yayılması üçün edilən əməllərdir. Hərhansı birini islama dəvət etdikdə
zorakılığa müraciət etməməli,məcbur ediəcək hərəkətlər etməməlidir. Allah
yolunda İslamın ürəkləri fəth etməsinə çalışmaq üçün zorakılığa müraciət etmədən
edilən hər şey cihaddır deyə bilərik.

Hiç yorum yok:
Yorum Gönder