Peyğəmbər Aişə ilə 9 yaşında evlənib?




1-Quranda evlənməyin ilk şərti mehir verməkdir.(Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin. Nisa 4). Yəni Mehrsiz evlənmək olmaz (eyni həmin ayə ilə qadın öz xoşu ilə sizə mehri pay verə bilər). Mehr qadının şəxsi pulu və ya malıdır. Onu da qeyd etmək lazımdır ki ailəyə verilən başlıq pulu və ya digər adətlər mehr olaraq qəbul edilə bilməz. Bunlar İslamın qaydaları deyil,adətlərdir. İslamda cehiz başlıq və ya başqa ödəmələr yoxdur və mehr sadəcə qadına məxsusdur(onun ata anasına-ailəsin məxsus deyil).



2-Nisa surəsi ayə 6da yetimlərin mallarının sadəcə həddi-büluğa çatdıqları zaman verilmələri tapşırılır. Yəni mirası dağıacaqlarmı ya yox deyə sınağa çəkin ( Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Nisa 6). Yəni qısaca desək Quran bir insana pul əmanət edilməsi üçün müəyyən bir həddi-büluğ vaxtı olduğunu qeyd edər. Buna da ailə qərar verər.
3- Mehr də maldır, miras və əmanət üçün həddi-büluğ tələb olunursa mehr üçün də bunlar gərəklidir. Evlilik üçün də mehr gərəklidir.Evlilik üçün rəşid biri olmaq lazımdır.Yəni qurana görə rəşid olmadan-həddi büluğa çatmadan evlilik olmaz.
4- Pul əmanət etmək yaşı müəyyən olduqdan sonra heç bir ailə 9 yaşında bir uşağa miras qalan malları əmanət etməz. Hətta 15 yaşında olan birinə belə etməz, o ki qaldı 9 yaşında birinə əmanət. Bunun üçün ən aşağı yaş 18-19 yaş olmalıdır. Bu isə Quranla evlilik yaşının neçə olmasını müəyyən edər.

Ən doğrusunu Allah bilir.

Hiç yorum yok:

Yorum Gönder