Quranla cavab verən insanları daha çox
hədis inkarçılığı ilə ittiham edirlər. Əvvəlcə hədis sözünün mənasını öyrənək.
Hədis ərəbcədən söz anlamına (dəqiqləşdirmək üçün: Zümər surəsi 23də الْحَدِيثِ
ifadəsi keçir) gəlsədə bu söz (hədis) peyğəmbərə aid olan sözlər olaraq istifadə
olunur.
Dinin əsası Qurandır,bu
bir çox ayə ilə sabitdir. Dində tək hakimin və qaydaları müəyyən edənin Allah
olduğu bir çox ayədə göstərilib. Ənam surəsi 114-də deyilir:
(De:) “Allah bu Kitabı sizə təfərrüatı
ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab
verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil
edilmişdir. Odur ki, şübhə edənlərdən olma.
Yəni peyğəmbər öz
düşüncəsinə uyğun olaraq halal və haram qoya bilməz. peyğəmbərin qoyduğu
hökmlər Qurandan olduğuna görə deyə bilərik ki, Quran peyğəmbərin təfsir
yoludur. Nəticə etibarı ilə rəvayətlərin haram qoyduqları Qurana ziddirsə doğru
olma ehtimalını itirir. Quran ilə zidlik təşkil etməyən rəvayətlər(başqa cür
desək hədislər) doğru olub olmama ehtimalı bərabərdir.
"Din sadəcə Qurandır" iddiasından isə "bütün rəvayətlər uydurmadır" iddiası çıxartmaq məntiqi olaraq yalnışdır. Onsuz bütün rəvayətlərin uydurma olduğunu iddia etməkdə məntiqsizdir.
Digər bir məsələ quranda göndərilən elçiyə itaət mövzusudur. Bir çox ayədə peyğəmbərə uymaq əmr olunur. Burdan sual çıxa bilər ki "bəs rəvayətlər,hədislər din deyilsə necə peyğəmbərə uyaq?" bunun da cavabı yenə Qurandadır.

De: “Mən sizə demirəm
ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də
demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor
görənlə bir olarmı? Məgər düşünmürsünüz?”Rəbbinin hüzuruna cəm ediləcəklərindən
qorxanları onunla (Quranla) xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi
və havadarı yoxdur. Bəlkə də, onlar (bununla) pis əməllərdən çəkinsinlər! (Ənam
50-51)
Burdan məlum olur
ki,Qurana uymaq peyğəmbərin təbliğ etdiyinə uymaqdır. Sadəcə bir dənə
rəvayətin(hədisin) belə səhv olduğunu bilmək bütün rəvayətlərin(hədisin)
güvənilməz olduğunu anlamağa kifayətdir.

Hiç yorum yok:
Yorum Gönder