İslamın daha əvvəl zikredilən bəzi
əmrlərini yerinə yetirməməsi,məsələn şura ilə qərar vermək(Şura 38), zənnə tabe
olmamaq(Yunus 36) kimi prinsiplərin tərk edilməsi və zamanla unudulması
nəticəsində İslam müəyyən bir zaman sonra çöküşə məruz qalmışdır. Müəyyən
müddət ərzində isə insana çox şeyi qəbul etdirə bilər. Hətta qeyri-mesəlmanlar
da İslamı müsəlmanlar olaraq görmüş,müsəlmanların yalnışlarını İslamın yalnışı
olaraq qəbul etmişdir. İslam müzakirə edildikdə İslamın yalnışı olaraq qadın
azadlığının sərhədlənməsi və onların təhqir olunması fikiri deyilir.
Müsəlmanlara görə İslama baxdıqda deyilən fikirlərin heç də yalan olduğunu deyə
bilmərik. Ancaq Qurana görə İslamda bu səhvləri görə bilərik.
Qadın və kişi bərabər deyil. Qadının
üstün olduğu sahə ilə kişinin hakim olduğu sahə bir-birindən fərqlidir. Bu
səbəbdən ümumiyyətlə iki cinsin birinin digərindən üstünlüyü haqqında danışmaq
mənasızdır. Quranda kişinin sosial həyatda daha üstün olduğu qeyd olunur:
Allahın onlardan birini digərindən üstün
etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində
himayəçidirlər.(Nisa 34)
Hər cinsin fərqli üstünlükləri olduğu
ayədə qeyd olunur :
Allahın birinizi digərinizdən üstün
etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da
qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən,
Allah hər şeyi Biləndir.(Nisa 32)
Qadın
daha çox emosional və narindir. Kişi isə daha qatıdır. Vücud quruluşuna
görəkişi daha üstün və güclüdür,gözəllik olaraq qadın daha çox zərifdir. Əsas
olan kimin hansı sahədə üstün olması deyil,üstün olunan sahədə doğru cinsin
hakim olmasıdır. Yəni qadın daha çox sevgiyə və hisslərə üstünlük verdiyindən
uşaqların böyüdülməsi kimi əhəmiyyətli vəzifələrə daha çox hakim ola bilir.
Vəzifələr insanın fitrətinə uyğundur. Kişinin hegemon olduğu toplumlarda
şərtlənmiş mühakimə ilə qadının haqları təhrif olunmuşdur. Quran da bu minvalla
insanlara doğru çatdırılmamışdır. Məzhəblərdə qadının şahidliyi kişinin
şahidliyinin yarısına bərabərdir. Bu isə qurana uymayan uydurulmuş və ya səhv
başa düşülmənin nəticəsində ortaya çıxmış bir vəziyyətdir.
"
Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı
olduğunuz şahidlərdən bir kişi və iki qadını (şahid tutun) ki, (qadınlardan)
biri unutduqda, o birisi onun yadına salsın." Bəqərə 282
Bu
ayə yalnış təfsir olunmuşdur. Beləki bu ayədə bir kişinin iki qadının
şahidliyinə bərabər olduğu yazılmıyıb. Ayənin davamında qeyd edilir:
"
Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə
düşməməyiniz üçün daha münasibdir. "
Bu
şahidliyin daha ədalətli olması üçündür."Daha ədalətli". Yəni iki
kişi yerinə bir kişi iki qadın olması daha ədalətlidir. Bunun səbəbi qadın və kişinin
şahidliyinin bərabər olmasıdır.
Dəlil
2:
Səfər
zamanı ölüm halı olduqda müsəlman olmayanların şahidliyi maidə 106-107də öz
əksini tapmışdır. Burda da kişi və ya qadın fərq etmədən şahidlikdən danışılır.
"Ey
iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı
aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti
gəldikdə isə özünüzdən olmayan iki nəfəri şahid tutun. Maidə 106"
Həmçinin
müsəlman tapılsa belə qadın və ya kişi fərq etmədən şahidlik şərti var. Bunlar
qadın və kişinin şahidliyinin bərabər olmasına dəlildir. Digər xüsus isə
şahidlərin yalançı olduğu anlaşılanda Maidə surəsi 107ni yada salmaq
gərəklidir:
"Əgər
hər ikisinin günah iş tutduqları aşkar edilsə,o zaman onların yerini (həmin
şahidlər tərəfindən) haqsızlığa məruz qalmış (varislərdən ölənə) daha yaxın
(mirası almağa daha layiq) olan başqa iki nəfər tutar.Onlar: “Həqiqətən, bizim
şahidliyimiz onların hər ikisinin şahidliyindən daha doğrudur."
Yuxarıdakı
ayədə də göründüyü kimi cinsiyyət ayrımcalığı salmadan “iki yaxını”(الأَوْلَيَانِ ) ifadəsinin olmasıdır. Bu sözlər hesabsızca fikirli halda söylənmiyib.
Zina şahidliyi:
Qadınlarınızdan
zina edənlərə qarşı öz aranızdan (möminlərdən) dörd şahid tutun! Əgər onlar (bu
işə) şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün
bir yol açanadək evlərdə həbs edin.(Nisa 15)
Ayədə
deyilən kimi 4 nəfər şahid olmazsa qadının həyat yoldaşı 4 dəfə şahidlik edər
və bir dəfə and içər. Qadın isə bu zənni boynundan atmaq üçün 4 dəfə zina etmədiyinə
şahid olar və bir dəfə and içər:
Arvadlarına zina isnad
edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru
danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi – Allahı
şahid gətirirəm, deyə) şəhadət verməlidir.Beşinci dəfə: “Əgər yalan
danışanlardandırsa, Allah ona lənət eləsin!” (deməlidir) Qadının da (hakimin
hüzurunda) ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid
tutması əzabı ondan dəf edər.Beşinci dəfə: “Əgər (əri) doğru danışanlardandırsa,
Allah ona (qadının özünə) lənət (qəzəb) eləsin!” (deməlidir).(Nur 6-9)
Göründüyü kimi qadın və kişinin şahidliyi
bərabərdir. Burdan da aydın olur ki,qadının şahidliyinin kişinin şahidliyinin
yarısına bərabər olması iddiası uydurmadır. Bundan əvvəlki məqaləmizdəndə aydın
olur ki, hədis qurana zidd dəlil gətirə bilməz,əks halda uydurmadır .
Boşanma.
(Gözləmə) vaxtı bitdikdə onları (şəriətə)
müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan
iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin.(Talaq 2)
Burda da iki ədalətli şahid gətirilməsi
ilə şahidlik mövzusunda qadın və kişi bərabərliyi digər dəlillər kimi aydın
olur.
Nəticə etibarilə qadının şahidliyi kişinin
şahidliyinə bərabərdir.

Hiç yorum yok:
Yorum Gönder